EN

Cabir İmanov dəfn edildi - FOTO

Əməkdar artist Cabir İmanov dəfn edilib.

APA xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilib. Tahir İmanov qardaşının vida mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib:

"O, çox dəyərli bir ömür yaşadı, zəngin, qayğısız, Şuşalı, Şuşasız və yenidən Şuşalı günlərimizin şahidi oldu. Bu dövlətə və dövlətçiliyə xidmət etmək onun üçün şərəf idi. Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də, Uca Allah kimi ucaltsa, ona heç kim mane ola bilməz. O, nümunəvi bir ata, övlad və insan idi. Mən ondan iki yaş böyükəm, amma ondan çox şey öyrəndim".

Chosen
26
1
hit.az

10Sources