EN

Baş prokuror: Rusiyada azərbaycanlılara qarşı zor tətbiqi və işgəncə faktları xüsusi araşdırılır

ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya Prokurorluğunda da araşdırma aparılır.

Missiya.Az "Report"a istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:

"Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
11
missiya.az

10Sources