EN

"Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldiyini elan edib - Yenilənib

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib...

APA-nın yerli bürosu xəbər verir ki, partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur.

***

"Gürcü Arzusu" bütün şəhər və bələdiyyələrdə inamla qalib gəlir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu partiyanın sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, iri şəhərlərdə partiyanın nəticəsi 70%-dən çox təşkil edir.

Baş nazir seçicilərə göstərilən yüksək etimada görə, təşəkkür edib və bu etimadı doğruldacaqlarına söz verib.

Poliqon.info

Chosen
11
10
poliqon.info

10Sources