EN

ABŞ Senatı 2026-cı il üçün 925 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib

ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili (1 oktyabrda başlayıb) üçün hərbi xərcləri 925 milyard dollar həcmində təsdiqləyib.

Day.Az xəbər verir ki, sənəddə Ukraynaya 500 milyon dollar məbləğində yardım ayrılması da nəzərdə tutulur.

Qanun layihəsi 77 senator tərəfindən dəstəklənib, 20 nəfər isə əleyhinə səs verib. Qanunun Senatda qəbul olunması üçün minimum 60 səsin lehinə olması tələb edilirdi.

Xatırladaq ki, sentyabr ayında Konqresin Nümayəndələr Palatası ABŞ-ın 2026-cı maliyyə ili üçün hərbi xərclər layihəsinin öz versiyasını təxminən 900 milyard dollar məbləğində qəbul etmişdi. Həmin sənəddə Ukraynaya yardım üçün 400 milyon dollar ayrılması nəzərdə tutulurdu.

Chosen
11
1
day.az

10Sources