İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsindəişğaldan azad olunmuş Zəngilan rayonuna gəliblər. Konfrans iştirakçıları Zəngilanrayonuna səfəri zamanıyenidən qurulan Ağalı kənd mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.
Səfər iştirakçılarınınZəngilan rayonu Ağalı və Məmmədbəyli kəndlərində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olduqdan sonraZəngilan şəhər mərkəzində Məscid və Konqres mərkəzində yaradılan şəraitlə dətanış olacaqları nəzərdə tutulub.
Qeyd edək ki, ötən gün, konfrans iştirakçıları günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq, Şuşa şəhərində azərbaycanlı əsirlərin saxlandığı Şuşa həbsxanası ilə də tanış olublar