AZ

İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçılar Zəngilan məscidində olublar- VİDEO - FOTO - YENİLƏNİB

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Zəngilan şəhərində olublar.

APA-nın yerli müxbiri xəbər verir ki, qonaqlar Zəngilan Məscidində olub, orada ibadət ediblər.

***

13.23

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.

APA-nın yerli müxbiri xəbər verir ki, konfrans iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Zəngilan rayonuna gəliblər.

Konfrans iştirakçıları yenidən qurulan Ağalı kəndinin mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.

Heyət Ağalı kəndində yaradılan şəraiti izləyəcək, Zəngilan şəhərinin mərkəzindəki Məscid və Konqres mərkəzində olacaq.

Qeyd edək ki, ötən gün konfrans iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda olub, daha sonra Şuşa şəhərinə səfər ediblər.

İtkinlərlə İtkinlərlə İtkinlərlə İtkinlərlə İtkinlərlə
Seçilən
7
2
apa.az

10Mənbələr