AZ

Beynəlxalq konfrans iştirakçıları Zəngilanda – FOTO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, konfrans iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Zəngilan rayonuna gəliblər.
 

Konfrans iştirakçıları yenidən qurulan Ağalı kənd mərkəzindəki "Zəfər" abidəsini ziyarət edib.


Səfər iştirakçıları Zəngilan rayonu Ağalı və Məmmədbəyli kəndlərində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olduqdan sonra Zəngilan şəhər mərkəzində Məscid və Konqres mərkəzində yaradılan şəraitlə də tanış olacaqlar.








Bizim.Media, Qarabağ bürosu

Seçilən
8
4
bizim.media

10Mənbələr