EN

Beynəlxalq konfransın iştirakçıları Zəngilan məscidində namaz qıldılar - YENİLƏNİB + FOTO

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Zəngilan məscidində namaz qalıblar.
 
Moderator.az xəbər verir ki, konfrans iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Zəngilan şəhərində yeni inşa olunan məsciddə olublar. Onlara məscid haqqında ətraflı məlumat verilib.
 
Daha sonra səfər iştirakçıları məsciddə dualar oxuyub, namaz qılıblar.
 
Qeyd edək ki, Zəngilan məscidi 2020-ci ildə Zəngilan azad edildikdən sonra yanındakı tarixi İmam Hüseyn məscidinin qalıqları əsasında bərpa edilib. Yanında isə yeni məscidin təməli 2023-cü il aprelin 26-da İlham Əliyev tərəfindən qoyulmuş və inşa edilib.
 
13:21
 
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, konfrans iştirakçıları bu gün Zəngilan rayonuna səfər ediblər.
 
Tədbir iştirakçılarının Zəngilana səfəri rayonun yenidən qurulan Ağalı kəndinin mərkəzindəki Zəfər abidəsini ziyarətlə başlayıb.
 
Qonaqlar həmçinin Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.
 
Xatırladaq ki, konfrans iştirakçıları ötən günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda və Şuşa şəhərinin görməli yerlərində, o cümlədən, işğal dövründə azərbaycanlı əsirlərin saxlandığı şəhər həbsxanasında olublar.
Chosen
14
4
moderator.az

10Sources