Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda 4-cü turda səfərdə Ukrayna ilə qarşılaşacaq.
Polşanın Krakov şəhərinin "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
22:45. Ukrayna - Azərbaycan - 1:1 (İkinci hissə)
Qol: Aleksey Qutsulyak, 30 (1:0), Nəriman Axundzadə, 45+3 (1:1)
Baş hakim: Sebastian Gişamer
"Krakoviya" stadionu
22:45. İslandiya – Fransa