EN

Birinci Liqa: “Səbail” xal itirdi, “Cəbrayıl”la “Mingəçevir” sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Şəfa” – “Səbail” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zaqatala” – “Mingəçevir” oyunu qonaqların çətin qələbəsiylə yekunlaşıb. “Cəbrayıl” isə “Şahdağ Qusar”la ev oyununda inamlı qələbəyə sevinib.

Birinci Liqa
6-cı tur

22 oktyabr

MOİK – “Baku Sportinq” 0:0
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.

“Şimal” – “Difai” 1:4
Qollar: Ceyhun Kəlbəliyev, 3 – Kristian Kamta, 18; 37-pen. Musa Musazadə, 55. Hacıəli Şirəliyev, 77.
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

23 oktyabr

“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar: Balamirzə Soltanov, 4. Sadiq Hüseynli, 39. Dileyn Açimi, 47 – Sənan Ağalarov, 67.
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Şəfa” – “Səbail” 2:2
Qollar: Elnur Cəfərov, 12. Nahid Əliyev, 45 – Emin Rüstəmov, 25. Kamran Quliyev, 30.
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Alik Yunusov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu.

“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar: Rəhman Şabanov, 24-pen. Kamal Kazımov, 43 – Kennet Kalunqa, 7; 72. Samir Abdullayev, 29.
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
18
14
arena.az

10Sources