EN

Premyer Liqa: “Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Qəbələ” ilə “Neftçi” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Turun qapanış matçında isə son çempion “Qarabağ” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Azərsun Arena”da təşkil ediləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Premyer Liqa
9-cu tur

24 oktyabr

“Karvan” – “Turan Tovuz” 1:2
Qollar: Şakil Sno, 69 – Alexandro Serrano, 71. Roberto Olabe, 77.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:30.

“Kəpəz” – “İmişli” 0:3
Qollar: Juninyo, 45+2. Dioqo Almeyda, 60. Rafael Vyeqas, 85.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

25 oktyabr

“Araz-Naxçıvan” – “Sabah” 2:2
Qollar: İssuf Paro, 58. Ba-Muaka Simakala, 90+9- Stiv Solvet, 54. Coy Lens Mikels, 73-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.

“Zirə” – “Sumqayıt” 1:0
Qol: Brahim Konate, 37.
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

26 oktyabr

“Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
21
12
arena.az

10Sources