EN

ABL: NTD “Şəki”yə də uduzdu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Şəki” doğma meydanda NTD ilə qarşılaşıb.

Şəki Olimpiya İdman Kompleksində baş tutmuş A qrupunun matçında meydan sahibləri qələbə qazanıblar – 88:81.

Xatırladaq ki, turun əvvəlki matçlarında “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81), “Abşeron Lions” “Neftçi”ni (100:95), “Naxçıvan” “Sərhədçi”ni (76:69) məğlub edib.

4 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

A qrupu: Sabah – 8. Abşeron Lions – 8. Şəki – 5. Gəncə – 4. Neftçi – 4. NTD – 4.

B qrupu: Ordu – 8. Naxçıvan – 7. Lənkəran – 6. Quba – 6. Sərhədçi – 5. Sumqayıt – 4.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
26
11
arena.az

10Sources