EN

Futzal millimizin Ər-Riyada gedəcək heyəti açıqlandı - ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandasının 6-cı İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi” İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19).

Qeyd edək ki, A qrupunda yer almış Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
36
17
arena.az

10Sources