AZ

Azər Bağırov: “Daha yaxşı “Kəpəz” görmək istəyirik” - ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov futbol üzrə Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”nə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Qəbələ şəhər stadionunda baş tutmuş bu görüş Gəncə təmsilçisinin 6:1 hesablı qələbəsiylə yekunlaşıb.

Azər Bağırov oyundan sonra komandasının çıxışı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
17
arena.az

10Mənbələr