AZ

Xorxe Kaskilya penalti qərarından narazı qalıb - ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya futbol üzrə Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsinin Qubada baş tutmuş bu görüşündə qapılara bütövlükdə 5 qol vurulub.

3:2 hesablı əzmkar qələbə sayəsində mərhələ adlayan “İmişli”nin baş məşqçisi Xorxe Kaskilya matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.
Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
17
arena.az

10Mənbələr