EN

Metti Keş “Aston Villa” ilə yeni müqaviləyə imza atdı - ARENA.AZ

Futbol üzrə Polşa yığma komandasının sağ cinah müdafiəçisi Metti Keş İngiltərənin “Aston Villa” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Polşalı müdafiəçi ilə yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Metti Keş 2020-ci ildən “Aston Villa”da çıxış edir. Bu müddətdə o, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.

Keş əvvəllər “Nottingem Forest”, “Daqenem end Redbric” kimi klubların da formasını geyinib.

Metti 2021-ci ilin sonlarında debüt etdiyi Polşa yığmasının heyətində 22 oyun keçirib, 4 qola imza atıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
38
30
arena.az

10Sources