AZ

Cəlal Hüseynov qol vurdu, “Arda” 1/8 finala çıxdı - ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində bu gün “Fratria” ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyun “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandasının ilk qolunu da 42-ci dəqiqədə Hüseynov vurub.

“Arda”nın növbəti raunddakı rəqibi daha sonra müəyyənləşəcək.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 63 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
30
arena.az

10Mənbələr