EN

AFFA “Zaqatala”nı 600 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Şimal” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq”in futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Baku Sportinq” buna görə 150 manat cərimə edilib.

“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Bu oyunda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
38
7
arena.az

10Sources