EN

Adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul tutuldu

Bakı. Trend:

Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata vəoğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilənməlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənqanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlərzamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”adüşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu RomanMirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraqgötürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
23
11
az.trend.az

10Sources