EN

“Qarabağ”da Kadi Borges şoku: 8-10 həftə oynamayacaq

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın braziliyalı legioneri Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, Kadi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində ötən gecə Bakıda qarşılaşdıqları İngiltərənin “Çelsi” komandası ilə matçın əvvəlində ayağından ciddi zədə alaraq əvəzlənmək məcburiyyətində qalmışdı.

Yarımmüdafiəçi matçdan sonra ətraflı müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə, Borgesin müalicə və bərpa prosesi təxminən 8-10 həftə davam edəcək.

Bu da o deməkdir ki, 29 yaşlı oyunçu üçün 2025-ci il vaxtından əvvəl başa çatıb. O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən azı “Napoli” (İtaliya) və “Ayaks”la (Niderland) matçları buraxacaq. Eyni zamanda futbolçunun Premyer Liqa və Azərbaycan Kuboku çərçivəsində də bir neçə oyunu buraxacağı dəqiqdir.

Xatırladaq ki, Kadi Borges Malinovski cari mövsümdə meydana çıxdığı 19 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
29
23
arena.az

10Sources