AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.


“Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilib.


“Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.


“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” 700 manat cərimə edilib.