AZ

AFFA "Neftçi"ni 2500 manat cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası X tur

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

saytlarin hazirlanmasi

Seçilən
9
5
sportal.az

10Mənbələr