Bakı. Trend:
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Trend PFL-ə istinadən xəbərverir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbuledilib:
Misli Premyer Liqası X tur
01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarıvərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin(maddə 43.1);
01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun“Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxsdaxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin(maddə 86.3);
02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun“Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manatcərimə edilsin (maddə 43.1);
02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cəriməedilsin (maddə 43.1);