EN

Azərbaycandan Qazaxıstana qeyri-neft məhsulları ixracı 70,2 milyon dollar olub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Qazaxıstana 70,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 21% azdır. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Qazaxıstana 88,9 milyon dollar dəyərində qeyri-neft məhsulu göndərmişdi.

2025-ci ilin ilk doqquz ayında qeyri-neft məhsullarının ixracında əsas istiqamətlər belə olub:

  • Rusiya — 33,2%
  • Türkiyə — 16,5%
  • İsveçrə — 9,4%
  • Gürcüstan — 9,2%
  • Ukrayna — 5,6%
  • BƏƏ — 3%
  • Qazaxıstan — 2,7%
  • Belarus — 2,1%
  • Özbəkistan — 2%
  • Türkmənistan — 1,9%
  • Digər ölkələr — 14,6%

Ümumilikdə, bu dövrdə Azərbaycan 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Chosen
9
3
fins.az

10Sources