AZ

Azərbaycandan Belarusa qeyri-neft məhsulları ixracı 1,6 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Belarusa 56,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Belarusa 34,7 milyon dollar dəyərində qeyri-neft məhsulu göndərmişdi.

2025-ci ilin ilk doqquz ayında qeyri-neft məhsullarının ixracında əsas istiqamətlər belə olub:

  • Rusiya — 33,2%
  • Türkiyə — 16,5%
  • İsveçrə — 9,4%
  • Gürcüstan — 9,2%
  • Ukrayna — 5,6%
  • BƏƏ — 3%
  • Qazaxıstan — 2,7%
  • Belarus — 2,1%
  • Özbəkistan — 2%
  • Türkmənistan — 1,9%
  • Digər ölkələr — 14,6%

Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycan 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
6
3
fins.az

10Mənbələr