EN

Bakıda 55 yaşlı kişi mahnıya qulaq asan arvadını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Binəqədi rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2024-cü ilin oktyabrın 23-də rayonun Yuxarı Sulutəpə qəsəbəsində baş verib. Ağsu rayon sakini, 1970-ci il təvəllüdlü Güloğlan həmin gün, saat 16 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağında arvadı Elnarə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində baş vermiş mübahisə zamanı sağ əli ilə 2 dəfə arvadının sol gözünün alt nahiyyəsinə qəsdən yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Güloğlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elnarə ilə birgə nikahlarından bir uşaqları var: “Oktyabrın 23-də, saat 16 radələrində yaşadığımız evə gəldim. Arvadıma çay üçün səslənsəm də, arvadım telefonla mahnıya qulaq asdığından çağırışıma məhəl qoymadı. Bu zaman əsəbiləşərək Elnarə ilə mübahisə etdim. Sonda özümü saxlaya bilməyərək sağ əlim ilə yumruqla arvadımın sol gözünün alt hissəsinə iki dəfə zərbə endirdim. Həmin vaxt evdə başqa heç kim olmayıb. Hadisədən sonra arvadım ilə dəfələrlə barışmağa cəhd etsəm də, arvadım bu təkliflərimi qəbul etməyib”. Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Güloğlan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə daimi yaşayış yeri olan evi axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün xidmət etmək tapşırılıb. Bundan başqa, təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməsi qadağan edilib. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
demokrat.az

1Sources