2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Özbəkistana 52,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 milyon dollar və ya təxminən 2 dəfə çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında ixrac 27,9 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyri-neft məhsullarının ixracında əsas üstünlük verilən ölkələr bunlardır:
- Rusiya — 33,2%
- Türkiyə — 16,5%
- İsveçrə — 9,4%
- Gürcüstan — 9,2%
- Ukrayna — 5,6%
- BƏƏ — 3%
- Qazaxıstan — 2,7%
- Belarus — 2,1%
- Özbəkistan — 2%
- Türkmənistan — 1,9%
- Digər ölkələr — 14,6%
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 2,649 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az