EN

Trampın böyüdüyü ev 2,3 milyon dollara auksiona çıxarıldı

Nyu-Yorkun Kuins bölgəsinin sakit və varlı təbəqənin yaşadığı Jamaica Estates məhəlləsində yerləşən, ABŞ prezidenti Donald Trampın uşaqlıq illərini keçirdiyi ev yenidən satışa çıxarılıb. Tudor üslubunda inşa edilmiş bu tarixi mənzil üçün başlanğıc qiymət 2,3 milyon dollar müəyyən edilib.

Musvat.com xəbər verir ki, Fred Tramp tərəfindən 1940-cı ildə tikilmiş ev Tramp ailəsinin ilk yaşayış məkanlarından olub. Donald Tramp burada 4 yaşına qədər yaşayıb, daha sonra ailə bölgənin digər hissəsinə köçüb. Nüfuzlu məhəllədə yerləşən bu daşınmaz, Trampın siyasi yüksəlişindən sonra bir neçə dəfə satışa çıxarılıb.

Evin ünvanı 85-15 Wareham Place, Jamaica Estates, Queens, NY 11432 kimi göstərilir və bu ünvan Trampın doğum şəhadətnaməsində də qeyd olunub. Tikili 2025-ci ilin əvvəlində 835 min dollara yenidən alınıb və ardınca təxminən yarım milyon dollarlıq əsaslı təmir və bərpa işləri görülüb. Cari sahibi evin tarixini və yerləşdiyi premium məhəlləni nəzərə alaraq, onu bazara yüksək qiymətlə təqdim edib.

Mütəxəssislərin sözlərinə görə, daşınmaz əmlak həm tarixi dəyərinə, həm də yerləşdiyi məkanın nüfuzuna görə investorların diqqətini çəkə bilər. Evin daha əvvəlki satışları da kifayət qədər maraqla qarşılanmışdı. Bir müddət Airbnb platformasında icarəyə verilən bu mənzil, indi yenidən auksion rəflərinə qayıdaraq seçilmiş alıcılarını gözləyir.

Musvat.com

Chosen
17
17
musavat.com

10Sources