EN

Paşinyan kilsəyə getdi, keşişin ürəyi dayandı – ANBAN VİDEO

 

Musavat.com xəbər verir ki, Ermənistanın Aragatsotn vilayətinin Talin şəhərində bu gün keçirilən kilsə ayini zamanı gözlənilməz hadisə baş verib.

Liturgiyada Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Mərasim davam edərkən kilsə ruhanilərindən biri – diakon qəfil özünü pis hiss edərək huşunu itirib və yerə yıxılıb. Ayin bir neçə dəqiqəlik dayandırılıb və ruhaninin vəziyyətinə yardım göstərilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə açıq şəkildə görünür və bu kadrlar qısa müddət ərzində geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, Talin Ermənistanın mərkəzi hissəsində yerləşən, tarixi kilsə ansamblları ilə tanınan qədim yaşayış məntəqəsidir. Burada orta əsr dövrünə aid kilsə kompleksi fəaliyyət göstərir və Ermənistan Apostol Kilsəsi tərəfindən liturgiyalar mütəmadi şəkildə icra olunur.

Musavat.com xatırladır ki, son aylar Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər kəskin şəkildə gərginləşib. Kilsə rəhbərliyi hökuməti “milli-dini identikliyi zəiflətməkdə” ittiham edir, hökumət isə kilsəni siyasi hakimiyyət uğrunda oyun aparmaqda, cəmiyyətə təzyiq göstərməkdə günahlandırır. Bu qarşıdurma fonunda bir sıra keşiş və kilsə fəalları saxlanılıb, kilsə qarşısında kütləvi etirazlar təşkil edilib, ruhanilərlə hökumət nümayəndələri arasında sərt bəyanat polemikaları qeydə alınıb.

Məhz belə bir siyasi və ideoloji gərginlik fonunda Paşinyanın Talində liturgiyada iştirakı sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Paylaşımlarda diakonun bayılması ilə bağlı hadisəyə istehza çalarları verilərək “rəmzi mənalar” yüklənir və Paşinyanın kilsə ilə münasibətlərinə eyhamlar edilir.

Hadisənin baş verdiyi görüntüləri təqdim edirik.

Musavat.com

Chosen
53
50
musavat.com

10Sources