EN

Morqan Rocers 2031-ci ilədək “Aston Villa”da! - ARENA.AZ

İngiltərənin “Aston Villa” klubunun hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayına kimi yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2030-cu ilin 30 iyununa qədər idi.

Morqan Rocers İngiltərənin “Vest Bromviç” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Mançester Siti”, “Linkoln Siti”, “Bornmut”, “Bləkpul”, “Midlsbro” kimi klublarda da çıxış edib. O, 2024-cü ilin fevral ayında 9,4 milyon avro müqabilində “Aston Villa”ya keçib. 22 yaşlı yarımmüdafiəçinin Premyer Liqa təmsilçisi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Rocers cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Aston Villa” karyerası bütövlükdə 86 oyun, 18 qol və 20 assistdən ibarətdir.

İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Rocers 2024-cü ilin noyabrında əsas millidə debüt edib. O, İngiltərə yığmasının heyətində meydan çıxdığı 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
42
22
arena.az

10Sources