EN

Lionel Messi: “Tanrı mənə vergi verib, o, məni seçib”

Argentina millisinin və “İnter Mayami”nin kapitanı Lionel Messi istedadı və özünün bir futbolçu olaraq təşəkkül tapmasından söhbət açıb.

Arena.az 38 yaşlı ulduz hücumçunun müvafiq açıqlamasını təqdim edir:

“Həmişə demişəm ki, Tanrı mənə vergi verib, o, məni seçib. Hələ lap uşaqlığımda belə idim, amma öz yolumda bir çox qurban vermişəm. Peşəkar olmaq üçün, nəhəng qurbanlara getmək gərəkdir. Jəmişə öz qarşımda məqsəd qoymuşam. Əvvəldə dediyim kimi, Tanrıya minnətdaram ki, mənə ən əsas olanı verib”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 46 oyuna 42 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 85 oyun, 76 qol və 38 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
31
50
arena.az

10Sources