AZ

Fernandeş 5 ən yaxşı futbolçunu seçir, Messi və Ronaldo da onların arasındadır?

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerası boyu oynadığı həmkarlarından ibarət “xəyal komandası”nı açıqlayıb.

90deqiqe.Az-ın "Koora Break"a istinadən məlumatına görə, argentinalı futbolçu üç həmvətənini və iki hazırkı klub yoldaşını seçib.

“Xəyal komandam: Messi, Kristian Romero, Palmer, Xulián Alvares və Kaysedo.”

Qeyd edək ki, Enzo Fernandes 2023-cü ilin əvvəlində Portuqaliyanın “Benfika” klubundan 121 milyon avroya “Çelsi”yə transfer olunub. Bundan əvvəl 24 yaşlı futbolçu 2022-ci ildə Argentina millisinin heyətində Dünya Çempionu olub.

Futbolçunun komandası 22 noyabr tarixində İngiltərə Premyer Liqasında “Bernli” ilə üz-üzə gələcək.

 

Seçilən
30
50
90deqiqe.az

10Mənbələr