AZ

Lionel Messi Kristiano Ronaldonun rekordunu təkrarladı

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisinin Anqolaya qarşı keçirdiyi yoxlama oyununda yığmada növbəti qolunu vurub.

Arena.az xəbər verir ki, 38 yaşlı hücumçu 2:0 hesabıyla qalib gəldikləri bu matçın 82-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb.

Bununla da, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk çatmış oyunçu Portuqaliya millisinin üzvü Kristiano Ronaldodur.

Xatırladaq ki, Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb. O, 2021-ci ildə İspaniya klubundan azad agent qismində PSJ-yə keçib.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 46 oyuna 42 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 85 oyun, 76 qol və 38 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
80
50
arena.az

10Mənbələr