EN

TƏCİLİ: Minskdən Bakıya uçan təyyarədə HƏYƏCAN - Havaya qalxdıqdan yarım saat sonra...

Noyabrın 12-i axşam saatlarında Minskdən Bakıya uçan təyyarə havaya qalxdıqdan sonra Minsk hava limanına qayıdıb.

Musavat.com xəbər verir ki, bu barədə "Minsk-Novosti" məlumat yayıb.

Uçuş "Belavia" Hava Yollarına məxsus "Embraer-195" sərnişin təyyarəsi ilə həyata keçirilməli idi, lakin təyyarə havaya qalxdıqdan yarım saat sonra geri qayıdıb.

"Təyyarə saat 23:17-də Minskdən Bakıya yola düşüb. Havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq aşkarlanıb və kapitanın qərarı ilə saat 23:46-da təyyarə əsas hava limanına geri dönüb", - aviaşirkətdən bildirilib.

Təyyarə geri qayıtdıqdan sonra "Embraer-195" tez bir zamanda "Boeing 737-300" ilə əvəz olunub və reys saat 02:20-də Azərbaycana yola düşüb. Sərnişinlər gözləmə müddətində sərinləşdirici içkilərlə təmin olunublar.

“Belavia” şirkəti yaranmış vəziyyətə görə üzr istəyib və bildirib ki, əməkdaşlar sərnişinlərin narahatlığını minimuma endirmək üçün əllərindən gələni ediblər.

Musavat.com

 

Chosen
18
4
musavat.com

10Sources