AZ

Minskdən Bakıya uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb

Unikal.az saytına istinadən ain.az xəbər verir.

 

Noyabrın 12-si axşam saatlarında Minskdən Bakıya hərəkət edən “Belavia” Hava Yollarına məxsus “Embraer-195” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Minsk hava limanına qayıdıb.

“Unikal” xəbər verir ki, uçuş saat 23:17-də həyata keçirilib. Havaya qalxdıqdan qısa müddət sonra nasazlıq aşkarlandığı üçün kapitanın qərarı ilə təyyarə 23:46-da hava limanına geri dönüb.

Hadisədən sonra reys “Boeing 737-300” təyyarəsi ilə əvəz olunub və uçuş saat 02:20-də bərpa edilib.

“Belavia” şirkəti sərnişinlərdən üzr istəyib və bildirib ki, onların rahatlığını təmin etmək üçün bütün mümkün tədbirlər görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
unikal.az

10Mənbələr