AZ

TƏCİLİ: Minsk-Bakı reysi təxirə SALINDI - Təyyarə havaya qalxdıqdan yarım saat sonra...

Noyabrın 12-də axşam Minskdən Bakıya uçan təyyarə havaya qalxdıqdan sonra Minsk hava limanına qayıdıb.

Musavat.com xəbər verir ki, bu barədə "Minsk-Novosti" məlumat yayıb.

Uçuş "Belavia" Hava Yollarına məxsus "Embraer-195" sərnişin təyyarəsi ilə həyata keçirilməli idi, lakin təyyarə havaya qalxdıqdan yarım saat sonra geri qayıdıb.

"Təyyarə saat 23:17-də Minskdən Bakıya yola düşüb. Havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq aşkarlanıb və kapitanın qərarı ilə saat 23:46-da təyyarə öz baza hava limanına qayıdıb", - aviaşirkətdən bildirilib.

Qayıdandan sonra "Embraer-195" tez bir zamanda "Boeing 737-300" ilə əvəz olunub və reys saat 02:20-də Azərbaycana uçub. Sərnişinlərə gözləyərkən ikram edildi.

"Belavia" yaranmış vəziyyətə görə üzr istəyib, əməkdaşlarının sərnişinlərin narahatlığını minimuma endirmək üçün mümkün olan hər şeyi etdiyini qeyd edib.

Musavat.com

Seçilən
37
4
musavat.com

10Mənbələr