EN

"Sabah bizi çətin oyun gözləyə bilər" - Fransa yığmasının üzvü

"Sabah bizi çətin oyun gözləyə bilər. Azərbaycan millisi ilk görüşdə bizi təəccübləndirdi. Səmimi olacağam, birinci matçda çətinlik çəkdik".

"Unikal" xəbər verir ki, bunu Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, Bakıdan xalla qayıtmaq istədiklərini bildirib: “Oyundan həzz almaq və ölkəmizə xalla qayıtmaq istəyirik. Amma bizim də Bakıda öz hədəflərimiz var. Bunun üçün mübarizə aparacağıq. Heyətlə bağlı yekun qərarı baş məşqçimiz verəcək”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Chosen
29
6
unikal.az

8Sources