EN

Eldar Bayramov və Əli Babayev 1-ci kateqoriyaya yüksəldilər

Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən iki güləş hakimi – Eldar Bayramov və Əli Babayev birinci kateqoriyaya yüksəlib.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Eldar Bayramov bu il İspaniya qran-prisində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul-3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilmiş imtahanları uğurla başa vurublar.

Bunadək ikinci kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən birinci dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.

Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında görüşləri idarə etməsinə imkan verəcək. Onlar həmçinin reytinq turnirlərində də iştirak edə biləcəklər.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
30
50
arena.az

10Sources