AZ

Valeri Karpin Moskva “Dinamo”sundan ayrıldı - ARENA.AZ

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Premyer Liqa təmsilçisi “Dinamo”dan (Moskva) ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Paytaxt təmsilçisi hazırda 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Dinamo” keçirdiyi 15 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Valeri Karpin Rusiya yığması ilə yanaşı, 2025-ci ilin iyul ayından “Dinamo” komandasını da çalışdırırdı. O, Moskva təmsilçisini 22 oyuna çıxarıb, 8 qələbə, 5 heç-heçə və 9 məğlubiyyət görüb.

Karpin məşqçilik karyerası ərzində “Spartak” (Moskva), “Malyorka”, “Torpedo” (Armavir), “Rostov” kimi komandaları da çalışdırıb. O, 2021-ci ildən Rusiya yığmasına rəhbərlik edir. 56 yaşlı mütəxəssis millinin sükanı arxasında 30 oyun keçirib, 20 qələbə, 8 heç-heçə və 2 məğlubiyyət görüb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
50
arena.az

10Mənbələr