AZ

DÇ-2026: Mundiala vəsiqəni təmin edən 34 milli məlumdur

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqə qazanmış komandaların sayı 34-ə çatıb.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunlardan sonra daha iki komanda mundiala vəsiqə qazanıb.

Bunlar Almaniya və Niderland yığmalarıdır. Sözügedən komandalar mundialın Avropa zonası üzrə seçmə mərhələsində qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 34 komandanın siyahısı belədir:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika
İngiltərə
Seneqal
Səudiyyə Ərəbistanı
Kot-d’İvuar
Qətər
Fransa
Xorvatiya
Portuqaliya
Norveç
Almaniya
Niderland

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
2
34
arena.az

10Mənbələr