EN

PKK mühüm bölgədən çıxdığını elan etdi

PKK terror təşkilatı İraqın şimalında, Kərkük vilayətinin Əz-Zab rayonunda yerləşən qüvvələrini geri çəkdiyini bəyan edib.

Milli.Az xəbər verir ki, məlumatı "Rudaw" telekanalı yayıb.

Təşkilat rəhbərliyi bildirib ki, sərhədyanı və toqquşma ehtimalı olan bölgələrdə qarşıdurmanın qarşısını almaq məqsədilə preventiv addımlar atılır. Bu çərçivədə PKK birləşmələri noyabrın 16-da axşam saatlarında Əz-Zabdan çıxarılaraq digər bölgələrə yerləşdirilib. Qurum hesab edir ki, bu addım münaqişə riskini tamamilə aradan qaldırır və sülh prosesinə praktiki töhfə verəcək.

Xatırladaq ki, Ankara tərəfindən qadağan edilən PKK oktyabrın sonunda Türkiyədən də tam geri çəkildiyini elan etmişdi. Örgütün lideri, Türkiyədə ömürlük həbs cəzası çəkən Abdullah Öcalan isə 2025-ci ilin fevralında bütün PKK birləşmələrini silahları təhvil verməyə və Türkiyə ilə münaqişəyə son qoymağa çağırmışdı. May ayında keçirilən qurultayda təşkilat özünü buraxmaq barədə qərar qəbul etmişdi.

Milli.Az

Chosen
45
50
milli.az

10Sources