ŞƏMKİR, 17 noyabr. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəmnində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.