EN

Yaponiya şirkətləri işçi çatışmazlığına görə geyim qaydalarını yumşaldır

Musavat.com xəbər verir ki, Yaponiyada uzun illər boyunca tətbiq olunan sərt iş geyimi qaydaları tədricən aradan qaldırılır. Kadr çatışmazlığının kəskinləşməsi fonunda bir çox şirkətlər işçiləri işdə saxlamaq və yeni əməkdaşlar cəlb etmək üçün daha çevik və rahat qaydalara keçirlər.

Artıq bir sıra firmalar əməkdaşlarına saçlarını parlaq rənglərə boyamağa, daha cəlbedici makiyaj etməyə və sərbəst manikür etməyə icazə verir. Bir çox böyük mağazalarda məcburi forma tələbi ləğv olunub. Hətta illərdir ənənəyə çevrilən taksi sürücüləri üçün ağ əlcək taxmaq öhdəliyi də aradan qaldırılıb.

Dəyişikliklər xüsusilə işçi çatışmazlığından ən çox əziyyət çəkən kiçik və orta müəssisələrdə özünü daha qabarıq göstərir.

OECD-nin məlumatına görə, Yaponiyada əmək qabiliyyətli əhalinin sayı 1995-ci ildəki pik göstərici ilə müqayisədə 16% azalıb. Ekspertlər bildirirlər ki, kadr çatışmazlığı bu il ölkədə bir çox şirkətlərin iflasına səbəb olan əsas amillərdən birinə çevrilib. 

 

Musavat.com

Chosen
57
50
musavat.com

10Sources