Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə istiqamət üzrə yeni marşrut xəttləri açmağı planlaşdırır.Onlardan biri Sumqayıt-“Koroğlu” marşrut xəttidir.
Qeyd olunur ki, bu marşrut xətti üzrə avtobuslar Sumqayıtdan birbaşa “Koroğlu” metrostansiyasına qədər hərəkət edəcəklər.
Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün AYNA-ya sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, hər hansı layihə planlaşdırıldığı təqdirdə ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılır.