AZ

AYNA Sumqayıtdan “Koroğlu”ya yeni marşrut xətti açır AÇIQLAMA

ain.az bildirir, Bakupost portalına istinadən.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə istiqamət üzrə yeni marşrut xəttləri açmağı planlaşdırır.

Bakupost.az -a daxil olan məlumata görə, onlardan biri Sumqayıt-"Koroğlu" marşrut xəttidir.

Qeyd olunur ki, bu marşrut xətti üzrə avtobuslar Sumqayıtdan birbaşa “Koroğlu” metrostansiyasına qədər hərəkət edəcəklər.

Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün AYNA-ya sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, hər hansı layihə planlaşdırıldığı təqdirdə ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılır.

Lalə Novruz, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
126
4
www.bakupost.az

5Mənbələr