AZ

AYNA Sumqayıtdan “Koroğlu”ya yeni marşrut xətti açır - AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə istiqamət üzrə yeni marşrut xəttləri açmağı planlaşdırır.

Avtosfer.az bakupost.az-a istinadən xəbər verir ki, onlardan biri Sumqayıt-"Koroğlu" marşrut xəttidir.

Qeyd olunur ki, bu marşrut xətti üzrə avtobuslar Sumqayıtdan birbaşa “Koroğlu” metrostansiyasına qədər hərəkət edəcəklər.

Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün AYNA-ya sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, hər hansı layihə planlaşdırıldığı təqdirdə ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılır.

 

Seçilən
51
4
avtosfer.az

5Mənbələr