AZ

AYNA Sumqayıtdan “Koroğlu”ya yeni marşrut xətti açır - AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə istiqamət üzrə yeni marşrut xəttləri açmağı planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki,  Bakupost.az-a daxil olan məlumata görə, onlardan biri Sumqayıt-"Koroğlu" marşrut xəttidir.

Qeyd olunur ki, bu marşrut xətti üzrə avtobuslar Sumqayıtdan birbaşa “Koroğlu” metrostansiyasına qədər hərəkət edəcəklər.

Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün AYNA-ya sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, hər hansı layihə planlaşdırıldığı təqdirdə ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılır.

"Cebheinfo.az"

Seçilən
58
4
cebheinfo.az

5Mənbələr