EN

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub (FOTO)

Bakı. Trend:

Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya vəSümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimiolub.

Trend xəbər verirki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və AlenaƏliyeva iştirak ediblər.

Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıqkeçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşənYeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiyasahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.

Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək,həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimumsəviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsiniminimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionarmüalicə xidmətləri təqdim edir.

Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaztibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT)təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı,2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyətgöstərir.

Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyintravmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindənreanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşlarınstasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassikreabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətindəinsult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemixəstəliklərindən sonra bərpa prosesi aparılacaq.

Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedikəməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.

Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət,inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasınayönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonrafunksional hazırlığın və performansın bərpasını hədəfləyir.

Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarıətrafların motor funksiyalarının inkişafı, eləcə də incəhərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonarreabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonrafiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrikreabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarınıngenişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasınayönəlib.

Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki vəpsixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə,ginekoloji və androloji reabilitasiya kiçik çanaqdisfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası,gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunanhədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğasağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısınınalınmasına və müalicəsinə istiqamətlənib.

Reanimasiya və intensiv terapiyada reabilitasiya ağırvəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təminedir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarındareanimasiya şəraitində reabilitasiya xidmətləriningücləndirilməsidir.

Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm dəklassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi,elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinəinteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinəçevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalarüçün rəsmi danışıqlara artıq başlanılıb.

Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya vəyuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balansvə koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslıqiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri,fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər,psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda,eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıqimkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanınreabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator,həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurumkimi fəaliyyətə başlayır.

Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarənfəaliyyətə başlayacağı diqqətə çatdırılıb.

Daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxışkeçirilib. Qeyd olunub ki, mərkəz müasir tələblərə cavab verənyüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbəninhemato-onkoloji xəstəliklərin müalicəsində ən son elminailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinarkomanda tərəfindən idarə olunması planlaşdırılır.

Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicəalan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyitransplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyətgöstərəcək. Həm autogen, həm də allogen sümük iliyitransplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyatakeçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma vəmieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bumərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraitiyaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Transplantasiya blokları müasir sterilizasiya standartlarınacavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi vəyüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib.

Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv vəyüksəkkeyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikayagətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərininəlçatanlığını artırmaqdır.

Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkolojixəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasirtibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimifəaliyyət göstərməyə davam edəcək.

Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Chosen
24
30
az.trend.az

10Sources