EN

“Zirə” “Qəbələ”ni məğlub etdi

Azərbaycan Premyer Liqasının XII turunun növbəti matçında “Zirə” ilə “Qəbələ” komandaları qarşılaşıb. Metbuat.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.Baş hakim Elvin Bayramovun idarə etdiyi görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato vurub. O, penaltini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra “Zirə” 23 xalla turnir cədvəlinin ikincisi olan “Turan Tovuz”a çatıb. “Qəbələ” 5 xalla 11-ci sıradadır.

Chosen
32
5
metbuat.az

6Sources