EN

Fabio Karvalyo mövsümü erkən bitirməli oldu – ARENA.AZ

İngiltərənin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Fabio Karvalyo zədə səbəbindən 2025/26 mövsümünün qalan hissəsini buraxacaq.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu ön xaçvari bağını zədələyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, futbolçu bu zədəyə görə əməliyyat masasına uzanmaq məcburiyyətində qalacaq. Bu əməliyyatdan sonra o, 2026/2027 mövsümünə qədər meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Fabio Karvalyo “Benfika”nın yetirməsidir. O, yeniyetmə ikən azad agent qismində “Fulhem”in futbol akademiyasına keçib və burada yetişib. “Liverpul”un maraq dairəsinə düşmüş portuqal yarımmüdafiəçi 2022-ci ilin iyulunda 5,9 milyon avro müqabilində “qırmızılar”ın düşərgəsinə transfer edilib. Düz 1 il sonra isə icarə əsasında “Leypsiq”ə göndərilib. “Hall Siti”də də icarədə olmuş futbolçu “Brentford”a 2024-cü ildə 23,4 milyon avro müqabilində keçib.

23 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 10 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Fabionun “Brentford”dakı ümumi göstəriciləri belədir: 33 oyun, 6 qol, 4 məhsuldar ötürmə.

Fabio Karvalyo gənc ikən İngiltərə və Portuqaliya yığmaları arasında seçim etməli olub. Yeniyetməliyi dövründə İngiltərənin U-15, U-16, U-17, U-18 yığmalarında oynayan Fabio, daha sonra Portuqaliya yığmasının düşərgəsinə keçərək, vətəni üçün oynamağa qərar verib. Portuqaliyanın əsas yığmasına dəvət almasa da, Fabio U-21 yığmasında debüt edib.

Chosen
7
3
arena.az

10Sources